"Prezidentin tapşırıqlarının icrasına nəzarət medianın əsas işi olmalıdır" MÜNASİBƏT
"Cənab Prezident mediaya, xüsusən də internet mediaya böyük önəm verir". SİA xəbər verir ki, bu fikirləri QHT sədri, internet-media ekspert Səbuhi Abbasov dövlət başçısının ölkədə yaranmış vəziyyət fonunda mətbuatın rolunu artırması barədə çağırışına münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan regionda, bütövlükdə dünyada internet və söz azadlığına görə ön sıralarda gedir: "Məhz bunun məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə yeni media mərhələsinin uğurla formalaşması prosesi davam edir. Cənab Prezidentin çıxışı Azərbaycanın yeni iqtisadi mərhələyə keçidi baxımından çox önəmlidir. Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaq. Lakin təcrübə onu göstərir ki, bu prosesləri ağırsız-acısız, itkisiz keçirmək mümkün deyil. Bu mənada məsələyə cəmiyyət olaraq qoşulmalı və birlikdə hərəkət etməliyik. Media isə bu məsələdə çox strateji rola malikdir. Hesab edirəm ki, faktiki nöqsanlar və Prezidentin tapşırıqlarının icrasına nəzarət medianın bir nömrəli işi olmalıdır. Belə olan təqdirdə sui-istifadə hallarının da qarşısını almış oluruq. Öz növbəsində media da məlumatların dəqiqliyinə əmin olmalı, faktlarla hərəkət etməlidir. Əssasız məlumatlarla cəmiyyət arasında təşviş yaratmaq prosesi neqativ istiqamətdə inkişaf etdirə bilər. İnanıram ki, biz bu müvəqqəti çətinliyin öhdəsindən də lazımı səviyyədə gələcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB