Yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, 25-dən isə sulu qara, qara keçəcəyi gözlənilir. Yağıntının bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, yolların buz bağlayacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək. Yanvarın 23-ü axşamdan 27-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlədə güclü qərb küləyi əsəcək.
Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB