İstanbul-Bakı uçuşları təxirə düşdü

İstanbul-Bakı uçuşları təxirə düşdü

"Türk Hava Yolları" əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə ölkəyə yerinə yetirilməli olan aviareysləri təxirə salıb. SİA-nın şirkətin saytına istinadən verdiyi xəbərə görə, 23 yanvar tarixində İstanbulda əlverişsiz hava şəraiti gözlənilir. Bu səbəbdən Atatürk və Sabiha Gökçen hava limanlarından aviareyslər təxirə salınır. Bir sıra daxili və beynəlxalq uçuşlarla yanaşı, "Türk Hava Yolları" Bakıya uçuşları da təxirə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə