Kamal Abdulla: "Azərbaycan multikultural dəyərləri ilə dünyaya örnəkdir" AÇIQLAMA
Bakı Beynəlxalq Multikulturalizm mərkəzində "2016-cı ilmultikulturalizm ilidir mövzusunda mətbuat konfransı keçirilir. SİA-nın verdiyi xəbərə görə, çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla bildirib ki, multikulturalizm azərbaycançılıq ideologiyasını təbliğ edən doktrinadır: "Multikultural dəyərlər cəmiyyətimizi birləşdirir. Bizim bu il xaricdə Azərbaycan multikulturalizmi ilə bağlı bir çox tədbirlərimiz gözlənilir. Əsasən universitetlərdə dəyirmi masalar şəklində təşkil olunan tədbirlərimizlə ölkəmizin multikultural dəyərlərini xaricilərə çatdırırıq. Azərbaycan bu dəyərləri ilə dünyaya örnəkdir. Azərbaycan cəmiyyətində ermənifobiya yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB