Azərbaycanda sosial müavinət və kompensasiya alan şəxslərin sayı artıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə ölkədə sosial müavinət və kompensasiya alan şəxslərin sayı 338,2 min nəfər olub. 2014-cü ildə isə bu rəqəm 316,4 min nəfər olub.
Komitənin məlumatında bildirilir ki, ölkədə sosial təqaüd alan şəxslərin sayında da artım olub. Ötən il ölkədə 51,6 min nəfər sosial pensiya alıb. 2014-cü ildə isə sosial pensiyaçıların sayı 35,0 min nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB