Nağdsız ödənişlərin stimullaşdırılmasına ehtiyac var
Sahibkarların təklifi var

Ölkəmizdə nağdsız ödəmələrinin stimullaşdırılması preoritet məsələlərdəndir. Bunu istər dövlət nümayəndələri, istər ekspertlər də təsdiq edirlər. Elə Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu müşavirəsində bu məsələni qaldırıb və müvafiq tapşırıqlar da verib. Ölkəmizdə nağdsız ödənişlərin artırılması məqsədi ilə sahibkarların da təklifləri var.

Hazırda Azərbaycan iqtisadiyyatında nağd əməliyyatların sayi çox yüksəkdir. Statistik məlumatlara əsaslansaq məlum olur ki, nağd pul kütləsinin ümumi pul dövriyyəsində xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 7-10 faiz arasında olduğu halda, ölkəmizdə bu göstərici 51 faizdir. Bu isə o deməkdir ki, nağdsız ödənişlərin genişləndirilməsi əsas hədəflərdən biri olaraq qalır.

Məsələ ilə əlaqədar sahibkarların da fərqli təklifləri var. Onlar bildirirlər ki, nağdsız, yəni plastik kartlar vasitəsi ilə ödənişlərin artırılması üçün həvəsləndirici , bəzən isə nağd ödənişdən çəkindirici tədbirlərin tədbiqi vacibdir.

Sahibkar Nurlan Kərimovun fikrincə, nağd şəkildə ödənişlərə konkret limitin qoyulması da məqsədəuyğun hesab edilə bilər. Bu üsul vergi yayınmalarinin qarşısını ala və ölkədə şəffaflığa doğru aparılan islahatların tərkib hissəsi ola bilər.

Bununla yanaşı nəğdsiz əməliyyatlar zamanı bonus sisteminin tətbiqi də alternativ üsul olaraq istifadə edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə