Bu kəndlərdə qaz olmayacaq DİQQƏT

Bu kəndlərdə qaz olmayacaq DİQQƏT

Yanvarın 22-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayırıcı", eləcə də Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qarasu" qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SOCAR-dan SİA-ya verilən xəbərə görə, təmir müddətində Hacıqabul rayonunun Qarasu, Padar və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Səbail rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə