Müəssisə və təşkilatların sayı 6,1 faiz artıb

Müəssisə və təşkilatların sayı 6,1 faiz artıb

2015-ci il ərzində müəssisə və təşkilatların sayı 6,1 faiz artaraq, 2016-cı il yanvarın 1-i vəziyyətinə 100325 olub. Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Artım əsasən iqtisadiyyatın "Turistlərin yerləşdirilməsi və ictimai iaşə", "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar", "İnformasiya və rabitə", "Peşə, elmi və texniki fəaliyyət", "Təhsil" sahələrində daha nəzərəçarpacaq dərəcədə olub.

2015-ci il ərzində yeni yaradılmış müəssisə və təşkilatların 95,0 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,6 faizi tam xarici investisiyalı, 1,8 faizi birgə mülkiyyətli), 0,9 faizi bələdiyyə mülkiyyətli, 4,1 faizi dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə