Dövlət Xidmətinin mətbuat xidmətinə yeni təyinat olub

Dövlət Xidmətinin mətbuat xidmətinə yeni təyinat olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni zabit təyin olunub. Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, bundan sonra bu vəzifənin icrasını leytenant Tofiq Əzizov icra edəcək.

Qeyd edək ki, daha əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin zabiti vəzifəsində Nurəddin Heydərov çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə