SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, yanvarın 21-də Ağsu rayonunun Qaradağ kəndinə təbii qazın verilişi bərpa edilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 85 abonenti olan Qaradağ kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 8328 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edənlər kəndə yenidən təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB