Azərbaycan xalqının qan yaddaşı, milli azadliq hərəkatının silinməz səhifəsi olan 20 yanvar faciəsinin 26-cı ildönümü Lənkəranda da ümumxalq hüzn günü kimi ehtiramla anılıb. SİA-nın Cənub bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq minlərlə lənkəranlı Şəhidlər xatirə kompleksinə gələrək müstəqiiliymiz uğrunda qurban gedən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Anım mərasiminə gələn İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksin önünə əklil və qərənfillər düzüblər. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov 20 yanvar hadisələrində şəhid olan lənkəranlıların məzarını ziyarət etdikdən sonra ailə üzvləri ilə görüşüb. Qayğı və ehtiyacları ilə maraqlanıb. Sonra tədbir Heydər Əliyev mərkəzində davam etdirilib. Mərasim iştirakçıları Bakı film kinostudiyasının istehsalı olan, rejissor Vahid Mustafayevin ərsəyə gətirdiyi "Qanlı Yanvar" filminə tamaşa ediblər. Rayon rəsmiləri, ziyalılar, ictimaiyyətin bütün təbəqlərinin təmsilçiləri 26 il öncə baş verən hadisələrin real əksi olan filmi dərin maraq və həyəcanla izləyib.
Qeyd edək ki, yanvarın 20-də rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.
Sərraf Mirsəfəroğlu





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB