Yanvarın 20-də Benilüks Azərbaycanlıları Konqresinin Brüsseldəki mənzil qərərgahında 20 Yanvar şəhidləri anılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Azərbaycan Respublikasının Belçikada akkreditə olunmuş diplomatları, Benilüks Azərbaycanlıları Konqresinin üzvləri, Benilüks ölkələrində təhsil alan tələbələr və digər təşkilatların nümayəndələri iştirak edib.
Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldıqdan sonra mərasimi giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov 1990-cı il yanvarın 20-də baş verən hadisələr haqqında mərasim iştirakçılarına məlumat verib.
Daha sonra Fuad İsgəndərov 20 Yanvar hadisələrinin siyasi əhəmiyyəti haqqında danışıb, gənclərə öz tövsiyələrini verib. Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Azərbaycan xalqının bu hadisələr zamanı göstərdikləri qəhrəmanlıqlardan danışıb.
BAK-ın idarə heyətinin üzvləri Sima Cəfərova və İlham Babayev də cıxış edərək 20 Yanvar hadisələri haqqında xatirələrini danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB