Bu gün saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Alvadı", ''Göytəpə'', ''Cəlilabad'', ''Azadkənd'' ''Nərimankənd'', ''Qaratəpə'', ''Axundov'', ''Sabirabad'', ''Otuzikilər'', ''Saatlı'', ''İmişli'', ''Qaraçala'' və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. SİA-nın SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təmir müddətində Masallı rayonun Təzə Alvadı, Köhnə Alvadı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB