Külək Daşkəsəni bu hala saldı

Binaların dam örtükləri uçub, elektrik xəttləri qırılıb
Külək Daşkəsəni bu hala saldı

Daşkəsəndə gecə əsən güclü külək bir sıra fəsadlar törədib. Yaşayış binalarının dam örtükləri uçub, elektrik naqilləri sıradan çıxıb. Rayon mərkəzinin yarısı və bir sıra kəndlər işıqsız qalıb. Binaların dam örtükləri uçub, elektrik xəttləri qırılıb. Daşkəsəndə gecədən başlayan güclü külək yaşayış və bir neçə inzibati binanın dam örtüyünə ziyan vurub.

Ən çox ziyan Səməd Vurğun küçəsində yerləşən 12 mənzilli yaşayış binasına dəyib. Rayon mərkəzi ilə Alunitdağ qəsəbəsində təxminən 8-ə yaxın iki mərtəbəli yaşayış binalarının dam örtüyünü dağılıb.

Küləklə bərabər yağan qar rayon mərkəzi ilə bir neçə kəndin əlaqəsini kəsib. Gecə Külək şəhərin elektrik dirəklərini aşırdıb, xətlərə ziyan dəyib. Gündüz saatlarından elektrik enerjisinin bərpası üçün təmir işləri aparılıb.Hazırda Fövqalada hallar komisiyasının əməkdaşları dəymiş ziyanı hesablayır.

Bütün xəbərlər Facebook səhifəmizdə