Yanvarın 20-də saat 9 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gülbəsər meşəbəyliyinin 7 saylı meşə dolayının 62-ci kvartalında yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 60 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
İlkin ehtimala görə, yanğın Babagil Piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB