Pakistanda terror: 21 nəfər həlak olub

Pakistanda terror: 21 nəfər həlak olub

Pakistan polisinin məlumatına görə, səhər saatlarında Xayber-Paxtunxva əyalətinin Çarsada şəhərindəki universitetdə törədilmiş iki güclü partlayış nəticəsində azı 21 nəfər həlak olub, 50 nəfər yaralanıb. Terror aktı universitetdə poeziya müsabiqəsi keçirilərkən baş verib və tədbirdə 600-dən artıq qonaq iştirak edib. Həmin vaxt isə universitetdə 3 mindən çox tələbənin olduğu bildirilir.

Polisin məlumatında deyilir ki, tədbir zamanı universitetə 6-8 silahlı terrorçu hücum edib.

Universitetdəki terror aktına görə məsuliyyəti artıq "Taliban" hərəkatının Pakistandakı qanadı - "Təhrik-i-Taliban Pakistan" öz üzərinə götürüb.

Polisin məlumatına görə, terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyat başa çatıb, 4 terrorçu məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə