Cəlilabad rayonunda heç bir aksiya keçirilməyib AÇIQLAMA!

Cəlilabad rayonunda heç bir aksiya keçirilməyib AÇIQLAMA!

"Bəzi mətbu orqanlarda Cəlilabadda aksiyaların başlaması ilə bağlı məlumatlar dərc olunub. Əvvəla bildirək ki, adı çəkilən rayonda mitinq və aksiyalar yoxdur, bir neçə vətəndaşın sosial ala bilməməsilə bağlı narazılıq olub. Həmin narazı yerli sakinlər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına müraciət ediblər. Dərhal icra başçısı məsələnin həlli yolunda ciddi göstərişlər vermiş, narazı sakinlərin problemi həll edilmişdir. Rayonumuzda həyat öz axarında davam edir, hər kəs öz işi ilə məşğuldur. Problemi olan insanlarla isə bir neçə gün əvvəl görüş keçirilib və onların problemləri dərhal öz həllini tapmışdır. Hal – hazırda rayonda ictimai, siyasi vəziyyət normaldır və heç bir etiraz aksiyaları da gözlənilmir".

Bu fikirləri SİA-ya açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Malik Şərbətov bildirib.

İcra başçı Əziz Əzizovun rayonda bütün idarə müəssisə rəhbərləri ilə toplantı keçirdiyini vurğulayan M.Şərbətov onu da əlavə edib ki, Cəlilabadda sakinləri incidən məmurlar rayon rəhbərliyi tərəfindən həmişə cəzalandırılıb və bundan sonra da belə olacaq: "Rayon rəhbəri, hüquq – mühafizə orqanları ilə bərabər, keçirtdiyi toplantıdan sonra rayonda marketləri və bazarları gəzərək, süni qiymət artımının yaranmamasının nəzarətinə də özü rəhbərlik etmişdir. Bir daha qeyd edirəm ki, rayonda süni qiymət artımlarına da, vətəndaşalrın şikayətlərinə də xüsusi həssaslıqla yanşılır".

Bütün xəbərlər Facebook səhifəmizdə