Bu gün Sabirabad rayon ictimayyəti şəhidlərimizin əziz xatirəsini yad edib. Rayon rəhbərliyi 20 yanvar hadisələrində Sabirabad rayonundan şəhid olmuş Əliyev Zəbulla Xeyrulla oğlunun və Məmmədov Mehman Sahibəli oğlunun qəbrlərini ziyarət edib və onların ailə üzvləri ilə görüşüb onlara başsağlığı veriblər.
Rayonun "Şəhidlər Xiyabanında" təşkil olunmuş matəm mitinqi keçirilib. Matəm mitinqində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək şəhidlərimizin keçdiyi şanlı yoldan danışıb və qanlı tarixi matəm mitinqinə toplaşan insanlara xatırladıb.
Bakı vaxtı ilə saat 12.00-da bir dəqiqəlik sükütla şəhidlərimzin əziz xatirəsi yad edilib. Matəm mitinqi başa çatdıqdan sonra bura toplaşan rayon ictimayyətinin nümayəndələri şəhidlərimizin məzarını ziyarət edib və rayon icra hakimiyyəti adından abidə kompleksinin önünə əklil qoyulub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB