Musa Pənahov: "Nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur"
"Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq biznes mühitinin yaxşılaşdırılması məqsədilə lisenziyaların böyük əksəriyyəti ləğv olunub. Bu lisenziyaların ləğv olunması bizneslə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərə kifayət qədər yaxşı şərait yaradır". SİA-nın məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
Nazir müavini bildirib ki, bu sahədə artıq addımlar atılıb.
Musa Pənahov həmçinin ölkə ərazisində nəqliyyat tariflərinin artırılacağı xəbərlərinə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur: "Qiymətlər necə var elə də qalacaq. Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB