"Son günlərin əsas gündəm mövzularından olan müəllimin şagirdi döyməsi faktı heç də normal hal deyil". SİA xəbər verir ki, bu fikirləri psixoloq Fidan Azərqızı Sumqayıt məktəblərindən birində müəllimin şagirdi döyməsi faktına münasibət bildirərkən deyib.
O bildirib ki, bu hadisəyə yanaşma zamanı tərəflərdən hər hansı birini tənqid obyektinə çevirmək də doğru deyil: "Müəllimin şagirdi döyməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, müəllim şagirdini döyə bilməz. Lakin nəzərə almaq lazımdır ki, çətin tərbiyə olunan uşaqlar da var. Bu kimi stiuasiyaların qarşısını almaq üçün məktəb psixoloqlarının üzərinə ciddi məsuliyyət düşür. Məktəb psixoloqları vaxtaşırı olaraq şagirdlər və müəllimlər ilə psixoloji iş aparmalı eyni zamanda buna məktəblərdə geniş imkan yaradılmalıdır".
Psixoloq xüsusi vurğulayıb ki, bütün peşə sahibləri işə qəbul olunarkən psixoloji testdən keçməlidir: "Lakin hər hansı psixoloji narahatçılığı olan insanlar kənarlaşdırılmamalıdır.Onların narahatçılıqları istiqamətlərində müəyyən korekksiya işləri aparılmalıdır.Və bu proses mütəmadi və adəti hal almalıdır.Çünki, əksər insanların həyatının müəyyən dövründə hər hansı psixoloji narahatçılıqlar yaşaması qaçılmazdır. Məktəblərdə, eləcə də iş yerlərində peşəkar psixoloqların olması bu kimi mənfi stiuasiyaların qarşısını almağa yardımçı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB