Tarix elmləri doktoru, professor Vidadi Salahov Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki dərəcəsinə layiq görülüb. SİA-nın verdiyi məlumata görə, bu qurum 2008-ci il mayın 5-də yaradılıb. Dövlət Tarixi İnstitutunun və Akademiyanın yaradılmasının əsas məqsədi Qazaxıstanın dövlət tarixinin sistemli və nəzəri öyrənilməsidir. Bu istiqamətdə aparılan araşdırmalarda elmi-analitik və ekspert dəstəyi verilir. Bu baxımdan azərbaycanlı alimin də xidmətləri yüksək qiymətləndirilib.
Vidadi Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunda anadan olub. 1983-cü ildə Rusiya Federasiyasının Voronej Dövlət universitetinin tarix fakültəsini bitirib. 2001-ci ildə Almaniyanın Hannover Humanitar Akademiyasının magistr dərəcəsi təhsilini başa vurub. 2005-ci ildə həmin Akademiyada tarix elmləri doktoru dərəcəsinə layiq görülüb. Bir neçə kitabın və elmi məqalələrin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB