20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin məqaləsi bu ölkənin bir sıra nüfuzlu və geniş oxucu kütləsinə malik qəzet və internet saytlarında yayılıb.
Səfirlikdən bildirilib ki, məqalədə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücum edərək, əliyalın insanları vəhşiliklə qətlə yetirməsi barədə məlumat verilir.
Məqalədə qeyd olunur ki, o vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədi Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar əməliyyatı nəticəsində 147 nəfər qətlə yetirilib, 700-dən çox insan isə yaralanıb. Həmçinin vurğulanır ki, günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova Nobel sülh mükafatının verilməsi ədalətsiz qərardır.
"Human Rights Watch" təşkilatının 20 Yanvar hadisəsində sovet əsgərlərinin zorakılığının azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın "kütləvi cəzalandırma" kimi qiymətləndirildiyi məqalədə qeyd edilir.
Yazıda sovet ordusunun törətdiyi dəhşətli 20 Yanvar faciəsinin ardınca Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunması xüsusi vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB