Yanvarın 19-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə anma mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə əvvəlcə Vətənimizin azadlığı, müstəqilliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizədə həyatını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, xalqımız əldə etdiyi müstəqilliyin insanların qanı bahasına başa gəldiyini unutmamalı, gələcək nəsillərə çatdırmalıdır.
Tədbirdə iştirak edən 20 Yanvar şəhidi Cavad İsmayılzadənin qardaşı Vahab İsmayılzadə, hadisələr zamanı yaralanmış Yamil Qarəhmədov və başqaları həmin günləri xatırlayaraq o qanlı günlərdə xalqımızın birlik, şücaət göstərdiyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB