Anti-böhran tədbirləri əhali arasında geniş təbliğ olunur Lənkəranda
Dünya iqtisadiyyatını bürümüş iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış durumuna mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə anti-böhran tədbirləri həyata keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, bu tədbirlərin əhali arasında təbliği ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti kompleks tədbirlər həyata keçirir. İlk növbədə ticarət şəbəkələrində süni qiymət artımının qarşısının alınmasından ötrü ictimai nəzarət sistemi qurulmuş və yerlərlə müntəzəm əlaqə saxlanılr. Eyni zamanda əhali ilə təbliğat-izahat xarakterli görüçlər keçirilir. Lənkəran ŞİH başçısının təşəbbüsü ilə keçirilən bu görüşlərdə əhali dünyada baş verən iqtisadi böhran və onunla bağlı ölkədə görülən işlər barədə məlumatlandırılır. Növbəti görüş 18 yanvar 2016-cı il tarixdə rayonun Gərmətük qəsəbəsində keçirilib. Görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların və xidmət sahələrinin rəhbərləri ilə yanaşı 500 nəfər Gərmətük və Velədi kənd sakinləri iştirak edib.

Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Abdullayev görüşü açaraq cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatının dinamik şəkildə inkişafının təmin olunduğunu, 2015-ci ildə də bu inkişafın davam etdiyini bildirib. Qeyd edib ki, Gərmətük qəsəbəsi də bu inkişafdan bəhrələnib, ərazidə yeni sosial obyektlər, iş yerləri açılıb, quruculuq-abadlıq işləri görülüb. Eyni zamanda dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq ölkə rəhbərliyinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gördüyü tədbirləri hər bir vətəndaşın razılıqla qarşıladığını bildirən natiq qiymətlərin dəyişilməsini bəhanə edərək bəzi şəxslərin sabitliyi pozmağa cəhd etmələrini də kəskin tənqid edib və Gərmətük qəsəbə sakinlərinin bu cür hərəkətləri qətiyyətlə pislədiklərini bildirib. İcra nümayəndəsi ötən il görülən işlərlə yanaşı bir sıra həllivacib məsələləri də önə çəkməklə onların da yaxın vaxtlarda həllini tapacağına tam inandıqlarını və bu inamla cənab Prezidentin ətrafında sıx birləşərək dövlətə xidmət edəcəklərini bildirib.
Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, qəsəbə sakinləri Balqğlan İbadov, Alimə Xəlilbəyli, Velədi kənd uşaq bağçasının müdiri Tünzalə Xosrovova, Velədi kənd ağsaqqalı Seyfulla Əsədov çıxış edib cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasəti ürəkdən bəyəndiklərini, xalqın həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən, gündən-günə möhkəmlənən siyasi-sabitlikdən, əmin-amanlıqdan razı qaldıqlarını ifadə edərək bu sabitliyin pozulmasına heç vaxtı imkan verməyəcəklərini bildiriblər. Onlar gəncləri daha fəal olmağa cənab Prezidentin ətrafında sıx birləşərək Vətənə, xalqa xidmət etməyə, radikal mövqeli şəxslərə qarşı barışmaz olmağa səsləyiblər. Çıxış edən natiqlər Gərmətük qəsəbəsində və Velədi kəndində yeni məhəllərdə küçələrin və suaxar kanalların əsaslı təmiri, yeni elektrik trahsformatorlarının qoyulması ilə bağlı təkliflərini də söyləyiblər.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verdikdən sonra qeyd edib ki, cənab Prezidentin rəhbərliyi ilə ölkənin dinamik inkişafı sürətlə davam edir. Məhz bu inkişaf kursu hesabına qısa müddətdə Azərbaycanda əldə olunmuş iqtisadi potensial hər cür çətinliklərə baxmayaraq dövlətimizin iqtisadi təhlükəsizliyini və xalqın firəvan həyat şəraitini təmin edir. Bəzi populist insanların avanturist çıxışları heç vaxtı Azərbaycan xalqını çaşdıra bilməz. Çünki xalq cənab Prezidentin həyata keçirdiyi siyasi kursu tamamilə dəstəkləyir və bu siyasi kursun qələbəsinə inanır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB