Yanvarın 19-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Görüşdə Hindistan və Azərbaycan ölkələrinin əməkdaşlıq perspektivləri məsələləri də müzakirə olunub.
Səfir S.Rana "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB