Bank VTB-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib FOTOLAR

Bank VTB-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib FOTOLAR

20 yanvar faciəsinin 26-cı ildönümü ərəfəsində bank VTB (Azərbaycan)-ın kollektivi şəhidlərin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib. Başda idarə heyətinin sədri olmaqla, bankın kollektivi şəhidlərin məzarı üstünə gül qoyub.

"20 yanvar 1990-ci il Azərbaycan tarixinin ən faciəli, eləcə də ən şərəfli səhifələrindən biridir. Məhz bu gün Azərbaycan xalqı həyatı bahasına azadlığa qovuşmuşdur. Bank VTB (Azərbaycan) qəhrəmancasına Azərbaycanın müstəqilliyini bərpa edən şəhidlərin xatirəsini yad edir"- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə