Millət vəkili Q.Paşayeva MM-də dövlət və özəl müəsisələri indiki şəraitdə işçiləri ixtiras etməməyə, məcbur qaldıqda isə ailədə bir nəfər işləyən varsa ona toxunmamağa çağırıb. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva bu gün MM-in iclasında dövlət və özəl qurumlara müraciət edib.
O bildirib ki, indiki şəraitdə çalışmaq lazımdır ki, çox işçi ixtisara düşməsin və insanlar iş yerlərini itirməsinlər, çünki insanlar üçün iş yerlərini itirmək çox ciddi problemdir: "Bəzi dövlət və özəl qurumların rəhbərləri işçi ixtisara salanda heç baxmır ki, bir bunu araşdırım görüm bu adamın ailəsində başqa işləyənlər varmı, bu ailənin büdcəsinə ayda nə qədər pul gəlir, bu adam işini itirsə, onun ailəsi hansı faciələrlə, ağır problemlərlə üzləşə bilər. İnsanları çıxılmaz vəziyyətdə qoymaq olmaz. Mən bütün dövlət və qeyri-dövlət qurumlarını, şirkətləri çağırıram ki, hər bir insanla bağlı ciddi araşdırma aparsınlar və bu addımı atmazdan əvvəl ciddi düşünsünlər. İndi biz hamımız biri-birimizi daha çox düşünməli, kömək etməliyik".
Qənirə Paşayeva bildirib ki, əgər ailədə təkcə bir nəfər işləyən varsa və ya ailədə xəstələr, ağır vəziyyətdə olan insanlar varsa, o ailədən işləyən insanı ixtisara salmaq olmaz: "Qurumlarımız özlərini o adamların yerinə qoysunlar, sonra addım atsınlar. Bu məsələyə ciddi yanaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB