19 yanvar 2016-cı il tarixdə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, öncə tədbir iştirakçıları faciənin ildönümü münasibətilə hazırlanan sərgiyə tamaşa ediblər.
Tədbirin rəsmi hissəsində şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində iştirak edən AMEA-nın tarix institutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhrəmov xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edənlər SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin tarixi gecədə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bir daha bəyan etdiyini bildiribər. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində təcavüzə cəsarətlə etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.
Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində həqiqi siyasi-hüquqi qiymətin yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daim artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda 20 yanvara həsr olunmuş sənədli film nümayiş etdirilib.
Faciənin ildönümü ilə bağlı təsdiq olunmuş plana əsasən, Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində anım tədbirləri keçirilib, xalqımızın qürur mənbəyinə çevrilən şəhidlərin xatirəsi dərin ehtiram hissi ilə yad edilib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB