Psixoloqdan gənc cütlüklərə MƏSLƏHƏT

Psixoloqdan gənc cütlüklərə MƏSLƏHƏT

"Günümüzdə psixoloqa müraciət edən insanların sayı artıb". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərəh Quliyeva deyib.

Psixoloq bildirib ki, bir müddət öncə psixoloqa müraciət etmək insanlarda kompleks yaradırdı: "Qohum-qonşu nə deyər düşüncəsi həmin insanları kompleksə salırdı. Özünün və ruhi sağlamlığının qayğısına qalan insanlar asanlıqla psixoloqa müraciət edirlər. Bunu kompleks etmək lazım deyil. Bəzən müraciət edənləri məxfilik barədə şübhələr narahat edir. Mən onları əmin edirəm ki, məxfilik tam şəkildə qorunur. Ailələrdə stress, əsəb səbəbilə pozulan münasibətlər bəzən boşanmalarla nəticələnə bilir. İki şəxs arasında anlaşılmazlıq yaranarkən bunu üçüncü şəxsin- psixoloqun bilməsi əvəzində digər insanlardan məcburi şəkildə dəstək gözlənilir və yaxud da aralarında baş verənləri tamam başqa formada kimlərəsə danışıb rahatlıq tapacaqlarını düşünürlər. Halbuki ailə psixoloquna hər şeyi olduğu kimi danışmaqla insanlar ruhi rahatlıq tapar və hətta anlaşılmazlıq yaranan məqamları da özlər üçün aydınlaşdıra bilər".

"Cütlüklər evlilik öncəsi və sonrası özləri həll etməkdə çətinlik çəkdikləri sıxıntıları barədə psixoloqa müraciət etsələr yaxşı olar. Təbii ki, psixoloq onlara məsləhət vermir. İlk öncə sakitləşmələrinə kömək edir və ardınca çıxış yollarını xatırlamalarına dəstək verir. Gənc cütlüklər məntiqsiz komplekslərini bir kənara ataraq beyinlərində sual işarəsi yaradan qayğıları barədə psixoloqa müraciət etməlidir. Bu ailənin daha möhkəm sütunlar üzərində qurulmasına gətirib çıxaracaq. Əks halda gec ola bilər. Müraciət etməyin yaş həddi yoxdur. Elə müraciətləri ilə də özlərinə və bir-birlərinə olan hörməti önə çıxaracaqlar. Özünü anlamayan insan qarşısındakını necə anlasın. Əsas məsələ özümüzü öz seçdiyimiz psixoloqun köməyi ilə anlamaq, birlikdə analiz etmək, gülərək ruhun yüngülləşdiyini hiss etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə