Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" Sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb və faciənin ildönümünün geniş şəkildə qeyd olunur. SİA-nın xəbərinə görə, tədbirlər planına uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində, idarələrdə anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxıləb. İdarə və təşkilatların, orta və ali təhsil müəssisələrinin şagird və tələbələrin "Şəhidlər Xiyabanı"na ziyarəti təşkil olunur. Respublika "20 Yanvar" cəmiyyəti, rayonun ictimai təşkilatlarının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev verib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələrinə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından danışaraq 16 yanvar 2016-cı il tarixdə ölkə Prezidentinin imzaladığı sərəncama əsasən Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla artırılmasının bu diqqətin bariz nümunəsi olduğunu bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
20 Yanvar Respublika cəmiyyətinin sədri Sultan Əzimzadə, 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, II qrup əlil Tofiq Allahverdiyev çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və ərzaq bağlamaları təqdim olunub.
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB