“İctimai şuraların yaradılması demokratik cəmiyyət üçün vacib hadisədir” AÇIQLAMA
"Cənab Prezidentin də dediyi kimi, hökumətin fəaliyyətinə vətəndaş cəmiyyəti institutları nəzarət etməlidir və ictimai şuraların yaradılması da bu baxımdan əhəmiyyətlidir". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, 2013-cü ildə Milli Məclisdə "İctimai iştirakçılıq" haqqında Qanun layihəsi qəbul olunub və məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaq olub: "Müxtəlif dövlət qurumlarının nəzdində nəzarət üçün ictimai şuraların yaradılması ilə bağlı müvafiq qanun layihəsi təsdiq olunsa da, o qədər də müsbət nəticələr əldə olunmadı. Cənab Prezidentin Nazirlər Kabinetinin sonuncu toplantısında ictimai şuraların yaradılması barədə səsləndirdiyi fikirlər təqdirəlayiqdir. Hökumətin fəaliyyətinə nəzarət üçün İctimai Şuraların yaradılması zəruri məsələdir. Hətta deyərdim ki, bu bir qədər gecikib. Biz ötən ildən bu barədə addımlar atılmasını gözləyirdik. İctimai şuraların yaradılması və onların hökumətin, dövlət qurumlarının fəaliyyətinə nəzarəti hər bir demokratik cəmiyyət üçün vacib hadisədir".
"İctimai Şuralarda ictimaiyyətin bütün nümayəndələrinin təmsil olunması məqsədəuyğundur. Buraya qeyri-hökumət təşkilatlarının rəhbərləri, fəal nümayəndələri, ictimai fəal insanlar, media qurumlarının rəhbərləri və vətəndaş cəmiyyətinin digər aktiv şəxsləri daxil edilə bilər. Bu Şuraların yaradılması dövlət başçımızın da bildirdiyi kimi, hökumətin, dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasına və qəbul edilən qərarlara vətəndaş cəmiyyətinin rəyinin təsiri baxımından önəmlidir" .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB