Uçuşlar təxirə düşdü

Türkiyə ərazisinə yağan qar səbəbi ilə bir sıra aviadaşıyıcılar İstanbuldan 233 aviareysi təxirə salıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Türk Hava Yolları" 151, "Pegasus" 65, "Onur Air" 4 və "Atlas Global" aviaşirkətləri 13 daxili və xarici aviareyslərini təxirə saldığını bildirib.

Bununla yanaşı, İstanbul-Bakı istiqaməti üzrə də uçuşlar təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə