20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. SİA-nın xəbərinə görə, "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, buna müvafiq olaraq "BakuBus"a məxsus avtobusların hərəkət istiqamətində də dəyişiklik olacaq.
Belə ki, Şəhidlər Xiyabanı istiqamətində hərəkətdə olan "BakuBus"a məxsus 3 və 6 saylı marşrut xətlərimiz Respublika İncəsənət Gimnaziyasına qədər hərəkət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB