Dövlət Sosial Müdafiə Fondu yanvar ayının 15-ə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələn texnik işlər yekunlaşdırılmaq üzrədir. Əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB