Anım dəqiqəsində lokomotivlər həyəcan fiti verəcək

Anım dəqiqəsində lokomotivlər həyəcan fiti verəcək

20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində tədbirlər planı hazırlanıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, tədbirlər planına əsasən, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

Yanvarın 20-də saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Həmin gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə