Azərbaycan Almaniyada təmsil olunub

Azərbaycan Almaniyada təmsil olunub

Yanvarın 16-da Almaniyanin Maqdeburq şəhərində şəhər bələdiyyəsinin təşkilatçılığı ilə 8-ci "Demokratiya Yolları" sərgisi keçirilib. 10 mindən çox iştirakçının qatıldığı sərgidə Azərbaycanı Zaxsen-Anhalt əyalətində fəaliyyət göstərən Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, hər il olduğu kimi, bu il də şəhərin mərkəzi küçəsi olan "Breiter-Wegde"də təşkil olunan sərgidə iştirakçılar tərəfindən Azərbaycanla bağlı stendə xüsusi maraq göstərilib. Ölkəmizlə bağlı stendə tamaşa edənlərin sayı əvvəlki illərlə müqayisədə təxminən iki dəfə çox olub. Tədbirdə Azərbaycan həqiqətləri, ölkəmizin zəngin təbiəti, mədəniyyəti, coğrafiyası, mətbəxi haqqında kitablar nümayiş edilib. Cəmiyyətin sədri Yaşar Niftəliyev və üzvləri Karl Hayni Kraft və Fuad Ağayev 20 Yanvar faciəsi və Xocalı soyqırımı haqda tədbir iştirakçılarına məlumat verib, kitablar hədiyyə edib.

Qeyd edək ki,artıq 8 ildir ki, Maqdeburq şəhərində Almaniyanın müxtəlif icmalarının təmsil olunduğu "Demokratiya Yolları" adlı sərgi keçirilir və hər il bu sərgini 10 mindən artıq insan ziyarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə