“Tariximin şanlı səhifələri”

“Tariximin şanlı səhifələri”

Bakı Dövlət Universitetində "Tariximin şanlı səhifələri adlı layihə icra olunub. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi həyata keçirilən layihənin rəhbəri Kənan Hüseynovdur. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə təşkil olunan bilik yarışmasında Universitetin tələbə gəncləri iştirak ediblər. Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini tələbələrə aşılanmasıdır. Bu məqsədlə tələbələrə Azərbaycanla bağlı olan suallar təqdim edilib. Ən çox düzgün cavablandıran gənclərə müvafiq sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Daha sonra tələbələr təqdim olunmuş suallar ətrafında müzakirələr aparıblar. Müxtəlif sahələr üzrə bilik mübadiləsi təşkil edilib. İştirakçılara həmçinin layihə üzrə bir sıra məlumatları əks etdirən bukletlər təqdim olunub.

Diskussiya formatında təşkil olunan tədbirin sonunda xatirə şəkili çəkildi.

Bütün xəbərlər Facebook səhifəmizdə