20 Yanvarda 12:00-da bütün qatarlar dayandırılacaq

20 Yanvarda 12:00-da bütün qatarlar dayandırılacaq

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev SİA-ya bildirib ki, ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək: "Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış "20 Yanvar" stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq. Bu il də "20 Yanvar" stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq. Hər il olduğu kimi bu ildə vaqonlarda musiqi səsləndirilməyəcək, 12:00-da bütün qatarlar dayandırılacaq, faciə qurbanları bir dəqiqəlik sükutla yad ediləcək və qatarlar fit verəcək. Hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində heç bir dəyişiklik olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə