"Mədəni dünyaya transformasiya etmək, ənənələri uzlaşdırmaq, xalqlar arasında nifaqı aradan qaldırmaq çoxlu güvən tələb edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan edilməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, cənab prezident belə bir qərarı verməklə bir neçə məqamı nəzərə alıb: "Bu gün dünyada həqiqətən də həm mədəniyyətlərarası, həm dinlərarası toqquşmaların böyük itkilərə yol açdığının şahidi oluruq. Məgər İraqda və Suriyada yalnız mənsəb davalarımı gedir? Burada həm dünyagörüşü, həyat tərzi, həm mədəni tarixi ənənələr baxımdan uyuşmazlıq var.
Etiraf etmək lazımdır ki, mədəni dünyaya transformasiya etmək, ənənələri uzlaşdırmaq, xalqlar arasında nifaqı aradan qaldırmaq çoxlu güvən tələb edir. Azərbaycan Respublikasının prezidenti çox mədəniyyətlilik mövqeyindən çıxış edərək bu ili hər hansı bir sahənin adı ilə deyil bütövlükdə multikulturalizm ili olaraq müəyyən edib.
Yəni biz islam ölkəsi olduğumuzu qəbul edirik, lakin bununla bərabər ölkəsi olduğumuzu qeyd edirik, dövləti yox. Azərbaycan Avropa dəyərlərini əks etdirən sivil quruluşlu bir dövlətdir. Eyni zamanda milli mənsubiyyətini, mədəni kimliyini qoruyub saxlamağa çalışır, ailə dəyərlərini itirməyən bir dövlətdir.
Mədəniyyətlərarası münaqişələr, hər hansı bir xalqın dominantlığını nümayiş etdirməsi və ya başqa xalqları özlərindən aşağıda görməsi düzgün deyil. Dominant və dünyada seçilmiş bir millətin olduğunu iddia edənlərə qarşı çox mədəniyyətlilik, çox xalqlılıq düsturunu qarşıya qoymaq bizim üçün çox önəmlidir".
Millət vəkili qeyd edib ki, Ulu Öndər Azərbaycanda bir milli kimlik əsasında dövlət qurulmadığını, burada yaşayan bütün xalqların bu ölkənin vətəndaşları kimi özlərini hiss etmələri baxımından azərbaycançılıq modelini irəli sürmüşdü və bunun bir mənası var idi: "Həmin dövrdə daxili ixtilafı söndürmək üçün ən yaxşı yol bundan ibarət idi. Biz sadəcə Türk kimliyimizi qabardanda hələ ki, oturuşmamış ənənələr halında kiçik xalqları üstümüzə qaldırırdılar və bununla etnik separatizm yollarına müraciət edirdilər".
Mədəni kimliyimiz, keçmişimiz, dünya ilə münasibətlərimizlə bağlı 2016-cı ilin Azərbaycan üçün uğurlu keçəcəyini vurğulayan Zahid Oruc Azərbaycanın hazırda dünya ilə münasibətlərini bu əsnada inkişaf etdirdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB