"Ölkəmizdə müxtəlif dinlər və mədəniyyətlərarası əlaqələr mövcuddur" AÇIQLAMA
"Dünyada baş verən müharibələr, dinlərarası gərginlik onu göstərir ki, bəşəriyyətdə ünsiyyət mexanizmlərində, əlaqələrdə böyük çətinliklər mövcuddur. Ancaq Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan etməklə dünyaya bir daha mesaj verdi ki, Azərbaycan stabillik və sabitlik adasıdır". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, Azərbaycanda müxtəlif dinlər və mədəniyyətlərarası əlaqələr mövcuddur: "Ölkəmizdə müxtəlif dinlər və mədəniyyətlər birlikdə inkişaf edir. Azərbaycanda yaşayan bütün insanlar dinindən, dilindən, irqindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər. Onların burada tam təhlükəsiz və xoşbəxt yaşamaları üçün bütün şərait yaradılıb. Dövlətimizin başçısı 2016-cı ili "Multikulturalizm ili" elan etməklə bütün insanları sülhə, barışa, ortaq düşüncə tərzinə, bir-birinə dəstək verməyə çağırdı".
Baş idarə rəisi vurğulayıb ki, dünyanın bəzi regionlarında din pərdəsi altında qarşıdurmalar törədilsə də, ötən gün ölkəmizdə İslam dininin nümayəndələrinin ortaq mövqedən çıxış edərək "Heydər" məscidində birgə namaz qılması Azərbaycanda tolerantlığın inkişafının bariz nümunəsidir.
R.Abbasovun sözlərinə görə, Azərbaycanda bütün dini konvensiyaların nəzdində fəaliyyət göstərən gənclər dini düşüncəsindən asılı olmayaraq ortaq mövqedən çıxış edirlər: "Bu isə bəşəriyyətə yeni mesajların verilməsidir. Bununla gəncliyin tərbiyəsində daha böyük nailiyyətlər əldə etmək olacaq. Əminəm ki, Azərbaycan multikulturazmi dünyaya ixrac edəcək. Multikulturazmin inkişafı bəşəriyətin gələcəkdə daha sakit və stabil yaşaması üçün yeganə düzgün yoldur".
O bildirib ki, ölkəmizdə 2016-cı ildə də multikulturalizm sahəsində inkişaf davam etdiriləcək. Qeyd edib ki, bu sahədə bir çox elmi-praktiki konfranslar, müştərək toplantılar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB