Bu gün Nərimanov rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Sosial Rifah partiyasının və Azərbaycan-İsrail Beynəlxalq Tibb mərkəzinin birgə təşkilatçılığı ilə talassemiyalı xəstələr üçün könüllü qanvermə aksiyası keçirilib. Aksiya Azərbaycan Kooperasiya Universitetinin tələbələrinin iştirakı ilə Azərbaycan-İsrail Beynəlxalq Tibb mərkəzində baş tutub. SİA-nın verdiyi xəbərə görə, aksiyadan öncə çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ölkəmizdə 1300 talassemiya xəstəliyindən əziyyət çəkən insanın olduğunu və onlara dövlət səviyyəsində yüksək diqqət və qayğının göstərildiyini bildirib.
Çıxış edən Azərbaycan Sosial Rifah partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı belə aksiyaların keçirilməsinin əhəmiyyətinə toxunub. Qeyd edib ki, Azərbaycan dövləti hər zaman terror, müharibəyə yox deyərək insanların sağlamlığının qorunmasının keşiyində dayanıb
Eyni zamanda partiyanın sədr müavini Əsli Kazımova bu aksiyaların tez-tez keçirildiyini söyləyərək insanları aktiv iştiraka çağırıb.
Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov belə xeyriyyə aksiyalarının təşkil edilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək gənclərin bundan sonra da aktiv iştirak edəcəyini bildirib.
Sonda könüllü gənclər qan verib. Mərkəzi qan bankında toplanan qan talassemiyadan əziyyət çəkən insanların yaşaması üçün istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB