Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması isti-qamətində tədbirlər uğurla davam etdirilməkdədir. DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə,15.01.2016-cı il tarixdə saat 02:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir nəfər Hindistan Respublikası vətəndaşları saxlanılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB