Cənub bölgəsində havaların quraq keçməsinə baxmayaraq torpaq sürüşmələri əhatə dairəsini genişləndirməkdə davam edir. SİA-nın Cənub bürosunun məlumatına görə, bu dəfə Astara rayonun ucqar dağ kəndlərinə gedən yollarda torpaq sürüşməsi baş verib. Sürüşmə əsasən rayonun Deqədi-Pəlikəş avtomobil yolunda qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, ötən il bölgəyə düşən yağıntılardan sonra başlayan sürüşmə qismən dayansa da, son günlər yenidən aktivləşib. Bu, daha çox yoldan istifadə edən sürücülərin işini çətinləşdirir.

Kənd sakini Rövşən Həmdəmovun sözlərinə görə, təqribən bir il bundan əvvəl istifadəyə verilən yolda sürüşmənin olması təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Yolun kənarında olan qoruyucu zolaqlar yararsız vəziyyətə düşüb. Asvalt yolun ortasında iri çatlar əmələ gəlib.

Rayon rəsmləri də baş verən təbiət hadisəsindən xəbərdardır. Əraziyə mütəmadi ağır texnikalar cəlb edilərək sürüşmə baş verən ərazilər təmizlənir və daimi nəzarətdə saxlanılır. Lakin onlar da baş verən torpaq sürüşməsinin qaşısını tam almaqda çətinlik çəkdiklərini etiraf edirlər.
Qeyd edək ki,uzunluğu 21 km olan yoldan 21 yaşayış məntəqəsinin 12 min əhalisi istifadə edir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB