Ştaynmayer: "Təmas xəttində gərginlik azaldılmalıdır"

Ştaynmayer: "Təmas xəttində gərginlik azaldılmalıdır"

Qarabağ münaqişəsi ilə bağlı əsas məqsədlərimizdən biri təmas xəttində gərginliyin azaldılması olacaq. Bunu ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer ATƏT Daimi Şurasında çıxışı zamanı deyib. Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü olduğunu deyən Ştaynmayer bildirib ki, qurum təmas xətti və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır: `Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda atılan addımlar gücləndirilməlidir`

Onun sözlərinə görə, ATƏT məkanında münaqişələr təşkilatı zəiflədib: `Konstruktiv dialoq təşkilat daxilində sabitliyi bərpa etməyə yardım edəcək`.

Bütün xəbərlər Facebook səhifəmizdə