"Yeganə yol Neft Fondundan büdcəyə əlavələrin etməkdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2016-cı ildə maaş və təqaüdlərin artırılması məsələsinə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, bu həm büdcənin parametrlərində, həm də qanunvericilikdə nəzərdə tutulan bir məsələdir, yəni 2015-ci ildə olan rəsmi inflyasiyaya görə büdcədən ayrılan təqaüdlər və maaşlar 4 faiz artacaq: "Maaş və təqaüdlərin 4 faiz indeksləşəcəyi artıq dəqiqdir və bu yanvarın 1-dən başlayaraq hesablanacaq. Bu büdcədə də nəzərdə tutulub. Lakin büdcədə maaş və təqaüdlərin 4 faizdən çox artırılması üçün vəsaitlər nəzərdə tutulmayıb. Əgər, bu baş tutacaqsa, o zaman büdcəyə yenidən baxılmalıdır. Bu baxımdan büdcə parametrlərinə müəyyən dəyişikliklərin edilməsi də lazım gələcək. Bu büdcənin növbəti müzakirələrinin birində edilə bilər".
Ekspertin sözlərinə görə, maaş və təqaüdlərin 4 faizdən çox artırılması üçün yalnız bir yol var: "Yeganə yol neft fondundan büdcəyə əlavələrin edilməsidir. Yalnız bu şərtlə maaş və təqaüdlərə 4 faizdən çox artım edilə bilər. Bu da Milli Məclisin verəcəyi qərarlardan asılıdır. Milli Məclis yaxın zamanlarda yenidən büdcəyə baxa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB