"Əgər neftin qiymətləri uzun müddət bu səviyyədə, yəni 30 dollarda qalsa dollarla ifadədə qiymətlər enməkdə davam edəcək". Devalvasiyadan sonra ölkənin daşınmaz əmlak bazarındakı son mənzərəni SİA-ya şərh edən əmlak üzrə ekspert Rəşad Əliyev bildirib ki, dekabr devalvasiyasından sonra daşınmaz əmlak bazarındakı qiymətlər dollar ifadəsində əhəmiyyətli dərəcədə düşüb, qiymətlərin manat ifadəsində dəyişməsi haqda isə birmənalı məlumatlar azdır. Onun sözlərinə görə, bəzi əmlakların qiyməti olduğu kimi qalıb, bəzilərininki isə nisbi olaraq artıb, yəni ümumi götürsək bazarda manatla olan qiymətlər azda olsa artıb: "Devalvasiyadan əvvəl qiyməti dollarla göstərilən əmlaklar var idi. Onların qiyməti enməkdə davam edir. Bazarda devalvasiyadan sonra qiymətlərin hansı həcmdə dəyişməsini biz müəyyən müddətdən sonra biləcəyik".
Rəşad Əliyevin fikrincə, alıcılıq qabiliyyətinin və tələbatın aşağı olması son dövrlərdə qiymət azalmasına təsir göstərirdi və alıcılıq qabiliyyəti alıcının maliyyə cəhətdən əmlakı almaq iqtidarında və ya qabiliyyətində olmasını göstərir: "Əgər aşağı tələbatdan danışırıqsa buna təkcə aşağı alıcılıq qabiliyyəti təsir etmir. Məsələn, elə insanlar var ki, əmlak almaq iqtidarında olsalar da bunu etmirlər. Gələcək dövrlərdə qiymət tendensiyası makroiqtisadi şəraitdən asılı olacaq ki, buda ilkin dövrdə neftin qiymətlərindən asılı olacaq. Əgər neftin qiymətləri uzun müddət bu səviyyədə, yəni 30 dollarda qalsa dollarla ifadədə qiymətlər enməkdə davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB