Dolların köhnə məzənnə ilə ödənilməsi təklifi irəli sürülüb 1 dollar - 1.05 manat
Azərbaycan hökuməti, Mərkəzi Bank və Maliyyə Nazirliyi 10 min dollara qədər olan kredit borclarının köhnə məzənnə ilə ödənməsi məsələsinə baxış keçirir. Bu barədə SİA-ya Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov məlumat verib.
O bildirib ki, bu barədə Azərbaycan hökuməti və Mərkəzi Bank ilə birgə müəyyən danışıqlar aparıb və müvafiq olaraq bəzi təkliflər verib. Həmin təkliflərdən birində də 10 min dollara qədər olan kredit borclarının (təxminən 300-350 milyon dollar) köhnə (1 dollar - 1.05 manat) məzənnə ilə ödənilməsi fikri nəzərdə tutulub.
Millət vəkili məsələyə baxış keçirildikdən sonra Azərbaycan hökuməti, Mərkəzi Bank və Maliyyə Nazirliyinin bununla bağlı birgə qərar verəcəyini qeyd edib və bu məsələnin Milli Məclisdə qaldırılmayacağını vurğulayıb: "Bu məsələnin Milli Məclisdə qaldırılmasına ehtiyac yoxdur. Çünki bu, qanun dəyişikliyi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB