Baş Nazirin atasının adı xatirə kitabına salınıb

Baş Nazirin atasının adı xatirə kitabına salınıb

Krımda Azərbaycan baş naziri Artur Rəsizadənin atasının adı "Xatirə kitabı"na salınıb.

SİA xəbər verir ki, Krımdakı Azərbaycanlı İcmasının rəhbəri Rəhim Hümbətovun verdiyi məlumata görə, "Xatirə kitabı"nda "Onlar Kerç yarımadası uğurunda döyüşlərdə ölüblər" bölməsinə kiçik leytenant Tahir Məmməd oğlu Rasizadənin adı əlavə olunub.

T. Rasizadə 1942-ci ilin fevralında Kerç bölgəsində gedən döyüşlər zamanı itkin düşüb. Onun adı kitaba Krımdakı Azərbaycanlı İcmasının təşəbbüsü ilə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə