Dənizkənarı Milli Parkda "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olan və itkin düşənlərin xatirəsi anılıb. SİA-nın məlumatına görə, Bakı sakinləri həlak olan neftçilərin "40" mərasimi ilə bağlı keçirilən aksiyada dənizin sahilinə qərənfillər düzüblər. Aksiyada Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə də iştirak edib.
Qeyd edək ki, 2015-ci il dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB