Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Azərbaycana gətirilib.
FHN-dən SİA-ya verilən məlumata görə, bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb.
Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilərək aidiyyəti üzrə təhvil verilib.
Mərhumun dəfn mərasimi yanvarın 13-də Tovuz rayonunun Aşağı Mülkülü kəndində keçiriləcək.
Qeyd edək ki, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB